• 04 İyun 2025 13:02

Yağıntılı hava nə vaxtadək davam edəcək?

 Yağıntılı hava nə vaxtadək davam edəcək?
Paylaş

Noyabrın 27-ə olan məlumata əsasən Azərbaycanda hava şəraiti qeyri-sabit olub, yağıntılı keçib.

Tacxeber.com Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Yağış Balakəndə 10.0 mm, Şahbuz, Ağdərədə 9.0 mm, Qaxda 8.0 mm, Şəmkirdə 6.0 mm, Şərurda 5.0 mm, Zaqatala, Naxçıvan, Culfada 4.0 mm, Şəki, Sədərək, Gəncə, Ceyrançöl, Beyləqan, Daşkəsən, Şahdağ, Bərdə, Yevlax, imişli, Sabirabad, Cəfərxan, Ordubad, Binədə 3.0 mm-dək olub.

Gələn həftənin birinci yarısında qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.

Tacxeber.com

Oxşar xəbərlər