• 22 Dekabr 2024 10:24

Abel Məhərrəmovun general qardaşının idarəsi ləğv edilib: bu rəislər işsiz qalıb? – FOTOLAR

Ədliyyə Nazirliyinin aparatının bir sıra idarələri ləğv edilib, yerlərində yeni idarələr yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Tacxeber.com xəbər verir ki, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsi ləğv edilərək, yerində Strateji planlaşdırma və monitorinq baş idarəsi yaradılıb. Ləğv edilən idarənin rəisi 2013-cü ildən Qasımov Elçin Lütvəli oğlu olub.

Elçin Qasımov

İdarənin rəis müavini isə Sübhi Kazımovdur. O, hazırda Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini də icra edir.

Sübhi Kazımov

Qeydiyyat və notariat Baş İdarəsi ləğv edilərək yerinə, Ədliyyə sahəsində xidmətlər baş idarəsi yaradılıb. Ləğv edilən idarənin rəisi Məmmədov İlqar Kamil oğlu, müavini isə Soltanov Mehman Nəsir oğludur.

İlqar Məmmədov

Kadrlar Baş İdarəsi ləğv edilərək, yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Kadırlar idarəsinin rəisi Məhərrəmov Rauf Məmmədəli oğlu, müavini isə Mahmudov Rəsul Fərman oğludur. Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

Rauf Məhərrəmov

İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi ləğv edilərək, İnsan hüquqları və kommunikasiya idarəsi yaradılıb. Onun rəisi isə Sabitova Aynur Zakir qızıdır.

Aynur Sabitova

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi ləğv edilərək, İnformasiya texnologiyaları və innovasiyalar idarəsi yaradılıb. Bu idarənin də rəisi Səmədzadə Ağakərim Ağasəməd oğludur.

Ağakərim Səmədzadə

Qeyd edək ki, yeni yaradılan idarələrə hələlik təyinat olmayıb. Köhnə rəislərin yeni idarələrə təyinat alıb-almayacağı bəlli deyil.

Oxşar xəbərlər