“Akkord” məhkəməyə verildi Bölmə seçilməyib Kriminal 28 Noyabr 2022 17:52 138 “ALF-2020” MMC “Akkord” şirkətlər qrupuna daxil olan “Körpü Tunel Tikinti” MMC-ni məhkəməyə verib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub. Belə ki, “ALF-2020” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb. Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 6 milyona yaxın vergi borcu var. Tacxeber.com