• 06 Oktyabr 2024 07:50

“Akkord” məhkəməyə verildi

 

 

“ALF-2020” MMC “Akkord” şirkətlər qrupuna daxil olan “Körpü Tunel Tikinti” MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MMC Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, “ALF-2020” alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Zeynəb Axundovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 6 milyona yaxın vergi borcu var.

Tacxeber.com

Oxşar xəbərlər