• 18 Oktyabr 2024 06:50

Faiq Ağayevdən Dadaşovaya: “Belə böyük sənətkarsansa…” – VİDEO

Faiq Ağayevdən Dadaşovaya: "Belə böyük sənətkarsansa..." - VİDEO

 

Xalq artisti Faiq Ağayev həmkarı Brilliant Dadaşovanın qalmaqallı açıqlamasına cavabsız qalmayıb. .

 

Bunu “Birinci TV” adlı yutub layihəsinə qonaq olan ifaçı bəzi həmkarlarının çağırıldıqları veriliş və toylardan yersiz imtina etməsindən danışıb. Xalq artisti bir müddət əvvəl həmkarı Brilliant Dadaşovanı da onun ünvanına söylədiyi sözlərə cavab verib:

“Elə müğənnilər var ki, adımı eşidən kimi deyir, sizə ikiqat endirim edirəm, o, gəlməsin. Mən heç vaxt şərt qoymuram. Heç kimin varlığı mənə darlıq gətirmir. Rahat çıxıb oxuyuram. Əgər toy idarə edirəmsə, xoşuma gəlməyən müğənni yarım saatlıq ifa üçün gəlirsə, mən ona dua edirəm. Çünki o yarım saata istirahət edəcəyəm. Amma elələri var ki, deyir, o bura gəlsə, üstümə benzin səpərəm. Heç kim də benzini vermir onun əlinə ki, götürüb özünü yandırsın, canımız qurtarsın ondan…

Bu yaxınlarda da biri elə şey dedi. Nə oldu? Müslüm Maqomayev kimi sənətkarın yubileyində mən var idim, o yox idi. Sən belə böyük sənətkarsansa, səni də ora dəvət edərdilər”.

Xatırladaq ki, Dadaşova aparıcı Ulvira Qarayevanın layihəsinə qonaq olarkən Ağayev barəsində “O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim” sözlərini söyləyib.  (Baku.ws)

Oxşar xəbərlər