Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan 22 yaşlı gənc Ümid Ağacaniyə həbsxanada işgəncə verilir.
Tacxeber.com xəbər verir ki, bu barədə məhbusun yaxınları məlumat yayıb.
Bildirilir ki, Ümid Ağacanidən etiraz aksiyalarının liderlərindən olduğu ilə bağlı məcburi etiraf almaq istəyirlər. Halbuki onun ümumiyyətlə aksiyalara qoşulduğu sual altındadır.
Qeyd edək ki, hazırda Marağa həbsxanasında saxlanılan Ağacani noyabrın 20-si işdən evə qayıdarkən təhlükəsizlik məmurları tərəfindən həbs edilib.