• 22 Noyabr 2024 17:07

Lukaşenka qorxuya düşüb: O, aşpazı, qulluqçuları və mühafizəçiləri dəyişib

Lukaşenka qorxuya düşüb:  O, aşpazı, qulluqçuları və mühafizəçiləri dəyişib

“Belarus prezidenti Aleksandr Lukaşenko həyati təhlükəsizliyi ilə bağlı ciddi narahat olmağa başlayıb. Belarusun xarici işlər naziri Vladimir Makeinin qəfil ölümü Belarus diktatoru Aleksandr Lukaşenkonu qorxuya salıb. O, bu həyacanla aşpazını, mühafizəçilərini və qulluqçularını dəyişib”.

 

Bu barədə Rusiyada müxalifət lideri olan Leonid Nevzlin öz “Twitter” hesabında yazıb.

O qeyd edib ki, Makeinin qəfil ölümündən sonsa Lukaşenko onun da “aradan götürüləcəyi” qorxusuna düşüb: “Diktator artıq heç kimə güvənmir. Səbəbsiz də deyil. O hesab edir ki, Makeidən sonra tezliklə onun üçün möhtəşəm dəfn mərasimi təşkil oluna bilər. Belarus ordusunun Ukraynaya qarşı müharibəyə girməsinin ləngiməsi Moskvanı qane etmir. Kreml Belarus rejiminə təzyiq göstərmək üçün bütün rıçaqlardan istifadə etməyə hazırdır, bu gecikməyə səbəb ilsə hazırda yalnız Lukaşenkodur və o, bunu bilir”, – deyə Nevzlin yazıb.

Onun sözlərinə görə, dövlət başçısı xüsusi xidmət orqanlarındakı şəxsi mənbələrindən Makeinin ölümünün qeyri-təbii olduğunu öyrənib.

“Belarusun xarici işlər naziri Vladimir Makey FTB-nun xüsusi laboratoriyasında hazırlanmış zəhərlə zəhərlənmə nəticəsində dünyasını dəyişib. Rusiya xüsusi xidmət orqanlarına yaxın mənbələr bildiriblər. Klinik mənzərə infarkt, insult və ya ürək çatışmazlığından ölümə uyğundur”, – deyə Nevzlin yazıb.

Xatırladaq ki, noyabrın 26-da Belarusun xarici işlər naziri Vladimir Makeinin qəfil ölümü ilə bağlı xəbərlər verildi. Diplomat 64 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbləri açıqlanmayıb.

Rusiyanın Belarus ordusuna nəzarəti ələ keçirmək və Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Lukaşenkonu məhv etməyi planlaşdırdığı barədə də məlumatlar yayılıb. (Bizimyol.info)

Qadir

Tacxeber.com

Oxşar xəbərlər