• 21 Dekabr 2024 21:06

Oğlundan Telman Adıgözəlovla bağlı MARAQLI FAKTLAR: “Mağazanın sahibi gəlmişdi ki…” – VİDEO

“Hər bir valideyn kimi atam da övladlarının şad gününü, nəvələrini görmək istəyirdi. Qismət olmadı”.

Tacxeber.com xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Telman Adıgözəlovun oğlru Tural Adıgözəlov ARB TV-nin efirində yayımlanan “O üz” proqramında deyib. Atasından danışan Tural onun arzularından söz açıb.

Tural bildirib ki, atası geyim həvəskarı olub:

“Geyim zəif yeri idi. Hər ay özünə nəsə alırdı. Bakıda olan məşhur geyim mağazaları onu tanıyırdı. Yeni kolleksiya gələn kimi, ona zəng edirdilər ki, gəlin. Atam dünyasını dəyişəndə bir mağazanın sahibi gəlmişdi ki, atanız gödəkcə sifariş edib, pulunu ödəyib. Qaytarıb pulu bizə verdi”.

Tural əlavə edib ki, mərhum aktyor hər zaman sənət adamlarına yardım etməyə çalışıb:

“Komediya rolları oynasa da, həyatda ciddi biri idi. Atam sağ olsaydı, dünyasını dəyişən sənət adamı haqda heç kim danışa bilməzdi. Eldəniz Zeynalov xəstə olanda ona təkcə atam baş çəkirdi, bazarlıq edib aparırdı. Heç vaxt da bunu deməzdi. Demirdi, Eldəniz Zeynalov ağırdır. İndikilər ancaq deyir, aktyorlar acından ölür. Atam bunları gündəmə gətirməyi xoşlamırdı. Həmişə istəyirdi bütün aktyorlar yaxşı yaşasın. Atam şikayət etməyib heç vaxt. Hər sahədə olan adam istəyər ki, öz sahəsindəki insanlar yaxşı dolansın. Atam orta imkanda olub, kasıblara da yardım edib”. (Axşam.az)

Oxşar xəbərlər