• 06 Oktyabr 2024 09:07

“Övladım əməliyyat olunmalıdır, Ordubadda deyirlər, Bakıya sığorta göndərişi verə bilmərik”

Ordubad rayon Üstüpü kənd sakini Eldar Kərimov “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin fəaliyyətindən narazıdır.

 

O, bu barədə “Gündəlik Naxçıvan”a müraciətində bildirib.

 

E.Kərimov deyib ki, övladının gözündə problem var və Ordubad rayonunda qeydiyyatdadır: “Naxçıvanda göz həkiminə müraciət edib uşağı göstərdim. Naxçıvanda olmadığı üçün əməliyyatı Bakıda etmək mümkün idi. Mən müraciət etdim, Bakı şəhərində hər bir göz üçün 3500 manat pul tələb olundu. Mən bu əməliyyatı etdirdim. Sonra ikinci, təkrar əməliyyat zamanı mənə dedilər ki, rayondan sığorta gətir, güzəşt olunsun. Rayona müraciət etdim, dedilər ki, biz verə bilmərik. Uşaq olduğu üçün məni Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasına göndərdilər. Ordan dedilər ki, biz Bakı şəhərinə sığorta verə bilmirik. Məni Nazirlər Kabinetində tibbi sığorta şirkətinə göndərdilər. Orda da mənə dedilər ki, biz Bakı şəhərinə sığorta verə bilmirik”.

 

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Yeniavaz.com-a bildirilib ki, Agentlik tərəfindən vətəndaşların icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilib: “Belə ki, “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına əsasən vətəndaşlar poliklinika/Ailə Sağlamlıq Mərkəziləri istisna olmaqla, yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə bilərlər. Bu baxımdan sorğuda qeyd edilən Ordubad vətəndaşı da Bakı şəhərində göndəriş vərəqəsi olmadan şəxsiyyət vəsiqəsini təqdim etməklə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsində ixtisaslı həkimin müayinəsindən keçə bilər. Müayinə zamanı cərrahiyyə əməliyyatına göstəriş olduğu və tibbi xidmət Xidmətlər Zərfi ilə təminata alındığı halda dar ixtisaslı həkim tərəfindən xəstəyə cərrahiyyə əməliyyatının həyata keçirilməsi üçün müvafiq tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş göndəriş vərəqəsini qeyd olunan tibb müəssisəsinə təqdim edərək ödənişsiz olaraq cərrahiyyə əməliyyatı xidmətindən istifadə edə bilər”.

Tacxeber.com

Oxşar xəbərlər