• 22 Noyabr 2024 23:49

“Prezident Vasif Talıbovu qəbul edəndə ona demişdi ki…” – 300 milyon hara gedir?

“Prezident Vasif Talıbovu qəbul edəndə ona demişdi ki...” -  300 milyon hara gedir?“Naxçıvan Muxtar Respublikasının büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır. Dəqiq rəqəmlə desək 385 milyon manatın cəmi 85 milyonu yerli gəlirlər hesabınadır”.

Bunu “Yeni Sabah”a açıqlamasında millət vəkili Etibar Əliyev deyib.

O, bildirib ki, Muxtar Respublikanın büdcəsinin qalan hissəsi – 300 milyon manatı Bakıdan dotasiya olunur:

“Ölkə başçısı cənab İlham Əliyev bir neçə il bundan öncə Vasif Talıbovu qəbul edəndə tapşırıq verdi ki, bütün ölkədə olduğu kimi bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin olunmalıdır.

Prezident hətta nümunə də gətirdi. Söylədi ki, aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır: “Bunun yarısı vergi, yarısı gömrük orqanları hesabına formalaşıb.”

Vasif Talıbov bu tövsiyə və tapşırıqlardan nəticə çıxarmadı. Diqqət edin, son epizod üzrə 144 milyon manatlıq korrupsiya faktı Naxçıvanın büdcəsinin 37 faizini təşkil edir. Bu, Vasif Talıbovun iradəsindən kənarda baş verə bilməz. Talıbovun iş üslubu sırf korrupsiyaya köklənib. Bu səbəbdən Vasif Talıbovun istefasını haqlı olaraq irəli sürmüşəm. Heç kəs etimaddan sui-istifadə etməməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər