Amerika rəsmi olaraq öz arsenalında olan kimyəvi silahların yalnız 95 faizini məhv etdi. 5% barədə məlumat indiyənə qədər yoxdur. Bu təqdirdə biz kimyəvi silah istehsal etməliyik.
Tacxeber.com xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalında yayımlanan “Solovyovla axşam” verlişinin efirində rusiyalı hərbi ekspert, ehtiyatda olan general-leytenant Yevgeni Bujinski deyib.
“SSRİ dağılandan sonra Rusiya və ABŞ kimyəvi silahların məhv olunacağına dair razılağa gəldi. O zaman Rusiya üçün bunu etmək çox çətin idi, çünki bu silahları yox etmək böyük vəsait tələb edirdi. ABŞ Rusiyada iki nəhəng zavod tikdirdi və Rusiyanın kimyəvi silahları tam olaraq məhv edildi. Amma Amerika rəsmi olaraq öz arsenalında olan kimyəvi silahların yalnız 95 faizini məhv etdi. 5% barədə məlumat indiyənə qədər yoxdur.
Bu siyasətin məntiqi nəticəsi kimi hazırda ABŞ hərbi qüvvələrinin arsenalında həm nüvə, həm kimyəvi, həm də bialoji silahlar mövcuddur.
Mənim hakimiyyətə təklifim bundan ibarətdir. Bizim kimyəvi silah istehsal etmək üçün hər şeyimiz var. Ona görə ki, bir müddət sonra ABŞ Ukrayna ordusunu bu tip silahlarla da təchiz edəcək. Buna hazır olmalıyıq. Az da olsa, kimyəvi silah hazırlamalıyıq”, – deyə o qeyd edib.