• 22 Noyabr 2024 22:35

Şimali Koreyada bu şəxslər edam ediləcək

Şimali Koreyada bu şəxslər edam ediləcək

Şimali Koreya səlahiyyətliləri, COVID-19 haqqında “təhrif edilmiş” məlumatların yayılmasının ölüm cəzası ilə nəticələnəcəyini bildirib. 

Tacxeber.com xəbər verir ki, bu barədə “NK News” məlumat yayıb.

Bildirilir ki, koronavirusla bağlı “saxta məlumat”lara görə cəza haqqında  fərmanın mətni Pxenyan küçələrində yapışdırılıb. Fərmanın müəllifləri hakimiyyətin virusla mübarizə üzrə fəaliyyətinə qarşı istənilən tənqidi “dövlət əleyhinə fəaliyyət” adlandırıblar.

“Partiyanın və hökumətin epidemiyaya qarşı siyasətini özünəməxsus şəkildə şərh edən bəzi sakinlər əsassız şayiələr yayır, ictimai əhval-ruhiyyəni pozur və cəmiyyətin siyasi sabitliyini pozur”, – hakimiyyət fərmanın mətnində izah edir.

Fərmanı pozan vətəndaşlar “ağır cəza” ilə hədələnib. Fərmanın mətninə əsasən, “şayiələrə” görə məsuliyyət hadisəni törədənlərin yaxınlarına da şamil oluna bilər.

Bundan əlavə, media KXDR hakimiyyətinin COVID-19-un yayılması zamanı xarici malların idxalına qoyulan qadağanı pozan gömrük əməkdaşını edam etdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər