• 15 Oktyabr 2024 22:27

Vanqanın bu proqnozu da GERÇƏKLƏŞDİ

Vanqanın bu proqnozu da GERÇƏKLƏŞDİ

1996-cı ildə vəfat etməsinə baxmayaraq, görücü Vanqanın o dövrdəki açıqlamaları və proqnozları hələ də müzakirə mövzusudur.

Tacxeber.com-ın xarici mətbuata istinadən məlumatına görə, Vanqanın 2022-ci il üçün daha bir iddiası gerçəkləşib. Belə ki, onun 2022-ci il üçün 6 proqnozu olduğunu iddia edən mütəxəssislərin sözlərinə görə, daha bir proqnozu reallaşıb.

Bu il Hind okeanındakı ölkələrdə zəlzələ, sunami və daşqınların olacağını əvvəlcədən bilən Vanqanın bu proqnozu özünü doğruldub. Onun açıqlamalarını şərh edən ekspertlər bildiriblər ki, son aylarda bir çox Asiya ölkələrində daşqınlar baş verib.

Vanqa nənənin “tutduğu” başqa bir proqnozu içməli su böhranı idi. Mütəxəssislər bir çox şəhərlərdə içməli su qıtlığının olacağını və bunun Avropa ölkələrində reallığa çevrildiyini bildirib. Quraqlıq, həddindən artıq sıxlıq və qlobal istiləşmə ilə yanaşı İspaniya və İtaliya su böhranı ilə üzləşib.

Koronavirusla mübarizə 2 ildir davam edərkən, Vanqa nənənin açıqlamalarını şərh edən mütəxəssislər 2022-ci ildə yeni bir virusun ortaya çıxacağını proqnozlaşdırdılar. Belə ki, açıqlamaları şərh edənlər bu il Sibirdə ölümcül virusun aşkar ediləcəyini açıqlayıblar. Buzlaqlar arasında ölümcül bir virusun çıxacağı bildirilərkən, bu proqnoz da reallaşıb.

Oxşar xəbərlər