• 16 Oktyabr 2024 00:07

Deputat: “Ermənistan Fransanın əxlaqsız kiçik bacısıdır”

“Cənab Prezidentin Fransa və Ermənistanla bağlı işlətdiyi “bacı” ifadəsi radikal müxalifətin xoşuna gəlmir? Fransanın qohum-əqrəbalardır bunlar, Fransanı müdafiə edirlər? Bu sözü cənab Prezident demir ki. Vaxtilə Fransanın keçmiş Prezidenti Nikola Sarkozi demişdi ki, “Ermənistan bizim kiçik bacımızdır”. Mən də onun sözlərini belə şərh etmişdim ki, Ermənistan Fransanın təkcə kiçik bacısı yox, eyni zamanda əxlaqsız kiçik bacısıdır. Bu gün də “bacı-bacı” oyunu davam edir. Bunlar Kardaşyanın qruplarıdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

“Fransa xalqının başına onda daş düşüb ki, itin biri Fransa dövlətini erməni dığasının əlinə verib, salıb Fransanın canına. Yəni Makron kimi erməninin Fransa boyda dövlətə rəhbərlik etməsi böyük biabırçılıqdır. Fransa tarixən də erməninin ikinci vətəni hesab olunub, erməniləri müdafiə edib. Birinci Dünya müharibəsi dövründə Fransa qoşunlarının tərkibində Türkiyə – Osmanlıya qarşı müharibələrdə 30-40 min erməni iştirak edirdi. Bunlar gizli məsələlər deyil, hər kəsə məlumdur. Şimali Amerikada, Afrika qitəsində müstəmləkəçilik, işğalçılıq, soyqırımı törədən bir nömrəli dövlət həmişə hansı olub? Əlbəttə ki, Fransa. Fransa əməllərindən utansın, tarixinə baxsın, xəcalət çəksin. Fransanın yazdıqları, etdikləri Azərbaycan üçün “bir dəfə istifadə olunan kağız parçası”ndan başqa bir şey deyil. Bunu Makron da deyir ki, “biz bacı dövlətlərik”. Burda müxalifətin xoşuna gəlməyən nədir ki? Xətirlərinə dəyir? Cənab Prezident tərəfindən Ermənistanın, Fransanın, İranın ünvanına deyilən haqlı, ədalətli nələr varsa, müxalifətin xoşuna gəlmir? Müxalifət nə istəyir? Bəlkə, həmin dövlətlərə haqq qazandırmaq istəyirlər ki, onlar düz deyirlər? Hesab edirəm, bu məsələdə bir az diqqətli olmaq lazımdır”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər