Azərbaycanın digər sektorlarına qoyulan on milyardlarla investisiyaları nəzərə almasaq, British Petroleum” (BP) Azərbaycana 80 milyard dollara yaxın sərmayə yatırıb”.
Bunu erməni politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
O, bildirib ki, buna görə də, Böyük Britaniyaya ərazisindən yan keçməklə enerji nəqli üçün türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Zəngəzur dəhlizi lazımdır.
“İndi Fransaya keçək. Fransanın Total şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə cəmi 3 milyard sərmayə qoyub. Həmçinin 2017-ci ildə Total Trampın nüvə proqramını tərk etməsindən sonra İrana 4,8 milyard sərmayə qoyub. Böyük Britaniya Aİ-dən çıxandan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb. Fransa istədiyinə çatmayana qədər yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir” – deyə Danielyan əlavə edib. (Konkret.az)