• 20 Sentyabr 2024 01:49

“İlin adamı” kim olacaq? – “Time” jurnalı namizədləri açıqladı

 

TIME jurnalı 1927-ci ildən bəri hər il yayımladığı “İlin adamı” nominasiyası üçün səsvermənin başladığını açıqlayıb.

“İlin adamı” ola biləcək namizədlər açıqlanıb. Siyahıda 60 nəfərin adı var, qalib gələn jurnalın üz qabığına çıxacaq. Oxucu səslərinin faktiki seçkiyə heç bir təsiri yoxdur, çünki son qərarı TIME redaktorları verir.

Siyahıda 2021-ci ildə “İlin adamı” seçilən İlon Mask, Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak da var.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, məşhur müğənni Beyons, “Amazon”un qurucusu Ceff Bezos, iqlim fəalı Qreta Tunberq, Böyük Britaniya kralı III Çarlz, “youtuber” MrBeast, Hollivud ulduzu Tom Kruz və K-pop qrupu BTS də siyahıda rəqabət aparır. Maraqlıdır ki, siyahıda Putin də yer alır.

Hazırda İranın qadın fəalları səsvermədə birinci yeri tuturlar. Fəalları BTS və Zelenski izləyir. (Bakupost)

Buraya klikləməklə “İlin adamı”na siz də səs verə bilərsiniz.

Aysel

Oxşar xəbərlər