Keçmiş prezident Mixail Saakaşvilinin göz müayinəsi belə onun səhhətinin ötən illə müqayisədə pisləşdiyini anlamaq üçün kifayətdir.
Tacxeber.com xəbər verir ki, bu barədə gürcüstanlı hüquqşünas Nino Lomxariya deyib.
Onun sözlərinə görə, Saakaşvili nəzərəçarpacaq dərəcədə arıqlayıb, uzun söhbətə çətinliklə dözür:
“Onunla təxminən on dəqiqə danışdım, anladım ki, uzun müddət danışmaqda çətinlik çəkir. Həkim deyiləm, amma onun yanvarda Qori xəstəxanasında necə olduğunu xatırlayıram. Vizual fərq diqqəti çəkir. Bundan da görünür ki, səhhəti kəskin şəkildə pisləşib. Həm də nəzərəçarpacaq dərəcədə arıqlayıb”.