• 23 Noyabr 2024 00:44

Simonyandan etiraf: Hər gün dinc sakinləri bombalayırıq

Əgər Rusiya müharibədə məğlub olacaqsa, ölkədəki hətta adi süpürgəçini də Haaqa məhkəməsi gözləyəcək.

Tacxeber.com xəbər verir ki, bu sözləri “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda qonaq qismində çıxış edən “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“Onlar “bizim Krım”ı almağa hazırlaşırlar, lakin biz bu vəziyyətdə edə biləcəyimiz yeganə işi edirik – bombalayırıq! Hər gün bombalayırıq: infrastrukturu bombalayırıq. Allah da bilir ki, biz bunu istəmirdik! Mən çox yaxşı bilirəm ki, hökumətdəkilər də bunu istəmirdilər”, – deyə M.Simonyan vurğulayıb.

Rusiyadakı mövcud iqtidarın alovlu təbliğatçısı əlavə edib ki, Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən qorxmaq lazım deyil:

“Biz məğlubiyyətdən, biabır olmaqdan qorxmalıyıq. Əgər uduzsaq, hətta Kreml divarlarının xaricindəki süpürgəçini də beynəlxalq tribunal gözləyir”.

Tacxeber.com

Oxşar xəbərlər