• 15 Oktyabr 2024 21:59

Vasif Talıbovun müavini və daha bir nazir saxlanıldı – Təcili

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Naxçıvan MR-in daxili işlər naziri Rəşad İsmayılovun vəzifədən azad edildiyi və saxlanıldığı haqda məlumat yayılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Həmçinin Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Rəşidovun da istintaqa cəlb edildiyi iddia edilib.

Qeyd edək ki, DTX Naxçıvanda geniş antikorrupsiya əməliyyatı aparır. Bu vaxta qədər Naxçıvan Maliyyə Nazirliyi və Gömrük Komitəsində aşkarlanan külli miqdarda (müfaviq olaraq 144 və 132 milyon manat) yeyinti faktının aşkara çıxmasından sonra hər iki qurum ləğv edilib və onların bazasında mərkəzə tabe olan baş idarələr yaradılıb.

Ötən gün Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də əməliyyat keçirildiyi məlumatı yayılmışdı.

Xatırladaq ki, az öncə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qardaşının da saxlanıldığı haqda informasiya yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər