• 22 Noyabr 2024 22:22

Yeni ildə əfv olacaq? – Açıqlama

Azərbaycanda əlamətdar günlərdə, xüsusən Yeni il ərəfəsində əfv sərəncamı imzalanır.

Bəs bu il də əfv sərəncamı gözlənilirmi?

Tacxeber.com xəbər verir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.az-a açıqlamasında bu dəfə Yeni il ərəfəsində əfv sərəncamının gözlənilmədiyini bildirib:

“Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamı olub. Eyni zamanda Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub və elan olunan Amnistiya Aktının icrası bu il mart ayının 5-də başa çatıb. Bu səbəbdən praktikaya dayanaraq, növbəti əfv sərəncamının olacağı güman edilmir”.

Tacxeber.com

Oxşar xəbərlər