Rusiya İstintaq Komitəsi 45 yaşlı Kalininqrad sakininə qarşı “Əbədi məşəl”də yemək bişirdiyinə görə cinayət işi açıb.
Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, noyabrın 27-də səhər saatlarında bir kişi 1945-ci ilin aprelində Kenisberq qalasına hücum zamanı həlak olan 1200 mühafizəçinin xatirəsinə həsr olunmuş memorial kompleksdə kolbasa qızardıb. Onun bu hərərəkəti kameralara düşüb.
Polis əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər. O, saxlanılıb.