• 15 Oktyabr 2024 22:35

Alla Puqaçova Rusiya ilə sonuncu körpünü yandırır…

 

Məşhur ailə Rusiyaya dönmək fikrində deyil, artıq ilyarımdır ki, onlar İsrail vətəndaşıdır…

Alla Puqaçova Rusiya ilə bütün əlaqələrini kəsmək, bu ölkədə sonuncu firmasını ləğv etmək qərarına gəlib və müvafiq prodedura başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “Woman.ru” nəşri məlumat yayıb.

Söhbət “ABP” (Alla Borisovna Puqaçova-red.) ASC-dən gedir. Cəmiyyətin nizamnamə kapitalının 100 faizi istisnasız olaraq Primadonnaya məxsusdur, ona görə də o, belə qərarları təkbaşına qəbul edir.

ASC artist xanıma xüsusi gəlirlər gətirmədiyindən o, bundan imtina etməyə qərar verib. ABP-nin baş direktoru müğənninin köməkçisi Yelena Çuprakovadır.

Məşhur vokalçı, görünür, Rusiya ilə həmişəlik vidalaşmaq niyyətindədir.

Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləsindən sonra o, Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınan əri Maksim Qalkin və övladları ilə İsrailə köçüb.

Bir müddətdən sonra Primadonna həyat yoldaşına dəstək vermək qərarına gəlib və Rusiya hakimiyyətindən onu da xarici agent kimi tanımağı xahiş edib.

APB səsyazısı və musiqi əsərlərinin nəşri sahəsində fəaliyyət göstərib.

Lakin müğənninin özü karyerasına son verdiyi üçün bu istiqamət öz aktuallığını itirib.

Bu addımı anlamaq olar, müğənni çoxdan bəri tənha ailə həyatını yaşayır. 2013-cü ildə övladları Liza və Harri dünyaya gəlib, ataları Makim Qalkin ilə Alla Puqaçova on ilə yaxın birlikdə olub.

Yumor ustası ailənin bütün təminatını öz üzərinə götürüb, Alla Borisovna isə onun Qryaz kəndindəki qəsrində tamhüquqlu sahibəyə çevrilib. Əkizlər ödənişli məktəbə gedib, həyat öz axarı ilə davam edib. 2022-ci ilin yazında hər şey dəyişib.

Bizneslə məsələni həll etmək problem deyil. Amma qəsrdən yaxa qurtarmaq müşkül məsələdir. Bu daşınmaz əmlakın dəyəri ən azı bir milyard rubladır (16 milyon 250 min dollar), alıcı tapmaq asan deyil.

Yeri gəlmişkən, Rusiya ilə vidalaşan təkcı Puqaçova deyil. Onun böyük nəvəsi Nikita Presnyakov da ölkəni tərk edib və Krasnodar diyarında böyük torpaq sahəsini satmağa çalışır. Torpaq sahəsi ona özünü ayaqqabıdan çipsədək istehsalda sınayan nənəsindən qalıb.

Tacxeber.com

Oxşar xəbərlər