• 15 Oktyabr 2024 23:41

Azərbaycanda 25-ə yaxın ödəmə terminalını talayan şəxs tutulub – VİDEO

Azərbaycanda 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını talayan şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, saxlanılan şəxsin terminallardan oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri nəticəsində son bir neçə ay ərzində 25-ə yaxın mağazada quraşdırılan ödəmə terminallarını sındırmaqla orada olan maddi vəsaitləri oğurlayan əvvəllər məhkum olunmuş Qəzənfər Babayev tutularaq istintaqa təqdim edilib.

Aparılan araşdırmalar zamanı onun paytaxtın Binəqədi, Pirallahı rayonları ilə yanaşı, Abşeron rayonu, Sumqayıt şəhəri, həmçinin Tovuz və İsmayıllı rayonlarında müxtəlif şəxslərə məxsus mağazalarda quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Qəzənfər Babayevin təkcə Abşeron rayonunun Saray, Masazır, Qobu, Digah və Mehdiabad qəsəbələrində yerləşən 12 mağazada quraşdırılan terminallardan oğurluq etdiyi müəyyən edilib. Qəzənfər Babayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tacxeber.com

 

Oxşar xəbərlər