• 15 Oktyabr 2024 22:50

DÇ-də yasaq sevgi qalmaqalı – Həmkarlarının düşərgəyə gələn həyat yoldaşları ilə…

 

DÇ-2022-də G qrupunda sonuncu pillədə qərarlaşan, hələ də heç bir qələbə qazana bilməyən Serbiya millisinin düşərgəsində baş verənlərlə bağlı iddialar gündəmi sarsıdıb.

 Yığmanın favorit futbolçularından olan Duşan Vlahoviçə matçlarda çox vaxt verilməməsinin səbəbi mediaya sızdırılıb.

Məlumata görə, Qətərdə davam edən dünya çempionatında sözün əsl mənasında yasaq eşq skandalı yaşanır. Dünya çempionatına qədər “Yuventus” forması ilə A Seriyasında 10 rəsmi oyunda 6 qol – 1 məhsuldar ötürmə edən və turnirə yaxşı formada gələn Duşan Vlahoviçin Qətərdə gözlənilənin əksinə olaraq meydana çox çıxmaması birmənalı qarşılanmırdı. İstedadlı futbolçunun niyə meydana çıxmaması ilə bağlı açıqlamalar verən serb baş məşqçi Draqan Stoykoviç onun zədələndiyini iddia etmişdi. Bu açıqlamadan sonra post paylaşan Duşan Vlahoviç “Hazıram” mesajını verərək Draqan Stoykoviçi təkzib etdi. İndi isə Duşan Vlahoviçin Qətərdə oynamaq şansı tapa bilməməsinin səbəbinin eşq qalmaqalı olduğu iddia edilir.

Futbolçuların ailələrinin düşərgəyə gəlməsinə icazə verildiyi bilinir. Məlumata görə, Serbiya millisinin düşərgəsində Duşan Vlahoviç ehtiyatda olan qapıçısı Predraq Raykoviçin həyat yoldaşı ilə, Nemanya Qudelj isə Luka Yoviçin həyat yoldaşı Sofiya Miloseviç ilə cinsi əlaqəyə girib.

Bu iddiaları mediaya sızdıran isə milyarder serb iş adamı Draqan Solakdır. Eyni zamanda ölkənin mühüm media rəhbərlərindən olan Draqan Solakın Serbiya prezidenti Aleksandr Vuçiçlə yaxşı münasibətdə olmadığı və milli komandaya və ölkə başçısına zərər vermək üçün baş verənləri yayımladığı iddia edilir. Solakı məlumat sızdırmaqda ittiham edən media qurumlarının Vuçiçə yaxınlığı ilə tanınması da diqqət çəkib. (Bakupost.az)

Tacxeber.com

Oxşar xəbərlər