• 15 Oktyabr 2024 22:27

“HB Güven” və tanınmış həkim məhkəməlik oldu – Əməliyyatda qazinin sağlam ayağı yanıb

Bakıda fəaliyyət göstərən “HB Güven” klinikası məhkəməlik olub.

Tacxeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, tibb müəssisəsini məhkəməyə Vətən müharibəsi qazisi Hüseynov Ülvi Məsum oğlu verib.

İddiaya görə, qazinin “HB Güven”də ayağı amputasiya olunan zaman, digər ayağı əməliyyat zamanı yandırılıb.

Belə ki, iddiaya görə, əməliyyatda qanın qarşısını almaq üçün istifadə olunan cihaz partlayıb və qazinin ayağını yandırıb. Bunun nəticəsində Ü.Hüseynovun bir barmağı da amputasiya olunub.

Əməliyyat tanınmış professor, travmotoloq Çingiz Əlizadənin rəhbərliyi ilə keçirildiyindən, o da məhkəmədə cavabdeh qismində çıxış edəcək.

22 yaşlı qazi məhkəməyə müraciət etməklə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Nigar Nəbizadənin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ülvi Hüseynov ötən ilin aprelində “YAŞAT” fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən qazilər sırasında idi.

Tacxeber.com

Oxşar xəbərlər