• 21 Dekabr 2024 20:54

Məşhur cütlük arıqlayaraq bu hala düşdü – VİDEO

Müğənni Nurlan Əzizbəyli ilə həyat yoldaşı Nərminə Əzizbəylinin doqquz ay əvvəl keçirdikləri mədəkiçiltmə əməliyyatından sonra görüntüləri yayılıb.

Tacxeber.com bizim media-ya istinadən xəbər verir ki, bariatrik cərrahi müdaxilədən sonra sənətçinin 36, xanımının isə 29 kiloqram çəki atması üzə çıxıb.

Məşhur cütlüyün kifayət qədər arıqlaması bədən ölçülərinin dəyişilməsi ilə nəticələnib.
Əzizbəylilərin görkəmlərindəki fərqlilik cərrah tərəfindən çəkilərək sosial şəbəkədə paylaşılıb.

Qeyd edək ki, N.Əzizbəyli açıqlamasında kökəlməyinin səbəbini qəbul etdiyi çox sayda un məmulatları, şirniyyat və içdiyi energetik içkilərlə əlaqələndirib.

Tacxeber.com

Oxşar xəbərlər