• 23 Noyabr 2024 05:50

Naxçıvanın baş nazirinin gizli göstərişi – Gömrükçü danışdı

Naxçıvanda yoxlamalar başlayandan təcili olaraq gömrüklərdə poçt filialları faliyyətə başladı. Gömrüyə ödənən rüsumları poçta köçürdürlər. Son 10 gün içində poçt filiallaı risumları dollar və başqa valyutalarla qəbul edirdilər. Ötən gündən isə Naxçıvanın Baş naziri Səbuhi Məmmədov Poçtun direktoru Saxavət müəllimə göstəriş verib ki, qəbulu ancaq manatla edin, çünki poçt qəbul etdiyi dollarları Kapital Banka köçürdürdü, yəni dövlətimiz qazanırdı.

Tacxeber.com xəbər verir ki, bu barədə Ovqat.com-a adı açıqlanmayan Culfa gömrüyünün əməkdaşı bildirib.

O deyib ki, ölkəyə gələn TIR sürücüsü, yaxud digər əcnəbi vətəndaşlarda dollar və ya avro olur:

“Poçt isə xarici valyuta qəbul etmədiyi üçün onlar üz tuturlar Gömrüyün qarşısında gözləyən “qara kassa”lara. “Qara kassa”lar da dolların kursunu çox aşağıdan götürür, soyğunçuluq edirlər.

Bir sözlə, istər xarici sürücülər, istərsə də əcnəbi vətəndaşlara həm maddi, həm də mənəvi əziyyət verirlər.

Yoxlamalardan əvvəl də Səbuhi müəllimin hər Gömrükdə “qara kassa”ları vardı, onlar Gömrüyün içində oturub dollar alırdılar. Sərhəd Qoşunlarını Bakıya birləşdirəndən sonra onlar həmin “qara kassa”ları içəri buraxmadılar. Səbuhi Məmmədov isə Saxavətin əliylə dollar biznesini əvvəlki kimi davam etdirməyin yolunu tapdı”.

Onun sözlərinə görə, gömrük-keçid məntəqələrində yaradılan bürokratik əngəllərdən ən çox türk sürücülər əziyyət çəkir.

Qeyd edək ki, Naxçıvan MR Gömrük Komitəsi iki gündür ləğv edilib, əvəzində Baş İdarə yaradılıb.

Tacxeber.com

Oxşar xəbərlər