• 15 Oktyabr 2024 21:58

Papanın sözləri Rusiyanı özündən çıxardı: Zaxarova və Kadırovdan cavab

Noyabrın 28-də katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ-ın yezuit media orqanı “Amerika”da dərc olunan müsahibəsində işlətdiyi ifadələr Rusiyanın qəzəbinə səbəb olub.

Tacxeber.com Rusiya mətbuatına istinadla xəbər verir ki, müsahibədə Ukrayna xalqını “şəhid xalq” kimi xarakterizə edən Papa sözlərinə belə davam edib:

“Şəhidlər varsa, onları şəhid edənlər də var. Mən Ukraynadan danışanda vəhşiliklərdən danışıram, çünki gələn qoşunlara zülm edənlər haqqında çox şey bilirəm.  Ümumiyyətlə, ən qəddarlar bəlkə də çeçenlər, buryatlar və bunun kimi Rusiyadan olan, amma rus ənənəsindən olmayanlardır. Təbii ki, işğalçı Rusiya dövlətidir”.

Bu müsahibədən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Papa Fransiskə cavabı gecikməyib.

“Bu, artıq Rusiya əleyhinə deyil, hansı səviyyədə olduğunu bilmirəm, təhrifdir. Yadınızdadırsa, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində bizə bunun əksini deyirdilər ki, “ruslar və slavyanlar Qafqaz xalqlarına zülm edir”. İndi deyirlər ki, Qafqaz xalqları rusları təqib edir”- o bildirib.

Rusiya Federasiyası Çeçenistan Respublikasının Prezidenti Ramazan Kadırov da sözügedən müsahibədən sonra sosial şəbəkə hesabından paylaşım edib:

“Dünyada tanınan bir din xadiminin müsəlmanların düşmənə münasibətini bilməməsi ayıbdır. Bəli, biz vətənimizi, dinimizi, xalqımızı qorumaqda çalışqanıq. Biz düşməni təslim olmağa və vətəndaşlarımızı müdafiə etmək üçün ayağa qalxmağa çağırırıq. Bu zülümdür?”,-deyə o yazıb.
Kadırov döyüşən çeçenlərin dindar olduğunu, onların arasında bir nəfər də olsun alkoqol və ya narkoman olmadığını qeyd edərək, Papanın xarici medianın təbliğatının qurbanı olduğunu qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər