• 22 Noyabr 2024 21:16

“Yuventus” yenə A Seriyasından qovulur? – QALMAQAL

İtaliya nəhəngi “Yuventus” yenə çalxalanır.

Tacxeber.com  Fanat.Az-a istinadən xəbər verir ki, Turin klubu A Seriyasından kənarlaşdırılmaq təhlükəsi ilə üzləşib.

“Football Italia”nın bu iddiası gündəm olub. Mənbənin məlumatına görə, İtaliya Futbol Konfederasiyası (FIGC) “Yuventus”un maliyyə pozuntuları ilə bağlı araşdırmaya başlayıb. Klub futbolçulara rəsmi olaraq açıqlanandan fərqli məbləğdə pul ödəməkdə ittiham olunur. FIGC müstəntiqi 2020 və 2021-ci illər ərzində oyunçulara mümkün gizli ödənişləri araşdırır.

“Yuventus”unun prezidenti Andrea Anyelli və vitse-prezidenti Pavel Nedvedin iki gün əvvəl istefa verməsinin də məhz bu araşdırma ilə bağlı olduğu iddia olunur. Klubun maliyyə hesabatlarındakı mümkün manipulyasiyaya görə İtaliyanın bazar tənzimləyicisi “Consoba” tərəfindən də tənqid atəşinə tutulub.

İddia təsdiqini tapsa, “Yventus”un A Seriyasındakı xalların silinə və hətta komanda aşağı liqaya göndərilə bilər.

Tacxeber.com

Oxşar xəbərlər