“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 30 noyabr tarixində 23 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.
Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən verilən xəbərə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.