Ermənistanda B55 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilotlar Rusiya vətəndaşlarıdır.
Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi bəyan edib.
“Məlumdur ki, İrəvandan Həştərxana uçan B55 təyyarəsi Jraber kəndində qum mədəninin yaxınlığında qəzaya uğrayıb və yanıb. Ölənlərin 1983 və 1979-cu il təvəllüdlü Rusiya vətəndaşları olduğunu təsdiq edirik”, – deyə Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.