İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ötən həftə Düzcədə baş verən zəlzələ ilə bağlı rayona gəlib.
Tacxeber.com xəbər verir ki, Əkrəm İmamoğlu müvəqqəti düşərgədə qalan sakinlərə baş çəkib, təbii fəlakətdən zərər çəkən sakinlərlə görüşüb. Bu zaman Əkrəm İmamoğlu qadının üzünə toxunmağa cəhd göstərib. Qadın isə bələdiyyə sədrinə sərt reaksiya verib. Xatırladaq ki, baş verən zəlzələ nəticəsində 93 nəfər xəsarət alıb.