• 22 Dekabr 2024 10:14

“Kəmaləddin Heydərov gecə saat 2-də yığır ki, dur gəl, melodiya yaranıb”

“Kamalla (Fövqəladə hallar naziri Kəmaləddin Heydərov – red.) dostluğumuz çox qədimdir, amma yaradıcılıqla birgə fəaliyyətimiz 30 ildən çoxdur”.


Tacxeber
 xəbər verir ki, bunu şair Baba Vəziroğlu Modern.az-a müsahibəsində deyib.
Şairin sözlərinə görə, onlar birlikdə 100-ə qədər mahnı yazıblar:
“Mənim oğlumun adı da Kamaldır. Əmisi, bəstəkar Kamal qoyub adını. 100-ə yaxın mahnı yazmışıq, hamısı da dillər əzbəri olub. Kamal Ələkbər Tağıyev, İbrahim Topçubaşov kimi professional musiqi təhsili olmayan sənətkarlardandır. Musiqi qabiliyyəti olan istedadlı insandır. İxtisası geoloq və hüquqşünaslıqdır. Amma ürəyi nəğməli ürəkdir. Kamalın dəstxətti həmişə seçilir. Bir fakt deyim ki, Heydər Əliyev haqqında minlərlə mahnı yazılıb, amma onun ümumilli lider haqqında yazdığı mahnı himnə çevirildi. “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək” mahnısını YAP himn olaraq qəbul etdi. Bu fitri bir istedaddır, birdən gecə saat ikidə məni yığır ki, bəs nə iş görürsən. Demirəm ki, bu vaxt yatarlar. Amma Kamal deyir ki, dur gəl bir melodiya yaranıb. Bizim mahnılarımız uzun zamanda yaranmır, qısa vaxt ərzində ərsəyə gəlir. Heydər Əliyevə ithaf etdiyimiz mahnı bir gecənin içərisində yaranıb, amma illərdir ki, içimizdə yetişib”.

Tacxeber.com

Oxşar xəbərlər