• 15 Oktyabr 2024 22:22

Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırıldı

Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırıldı

 

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə Azərbaycan Təbiət və Ov Turizmi Assosiasiyasının birgə keçirdiyi nəzarət tədbirləri zamanı Şəmkir rayonu, Ceyrançöl ərazisində qanunsuz ov edən xarici ölkə vətəndaşları saxlanılıb..

 

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Matar Mohammed Karam Al Mandoos Alblooshi, Ahmed Hamad Musabeh Khaıfan Almesafrı və Obaıd Juma Obaıd Zayed Alketbı olduğu müəyyən edilib.

 “Əcnəbi vətəndaşlardan adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən vəhşi təbiətdən tutulmuş diri vəziyyətdə 4 bəzgək quşu götürülərək yenidən təbiətə buraxılıb. Faktla bağlı akt, protokol tərtib edilib və barələrində inzibati icraat işləri başa çatanadək onların ölkə ərazisindən çıxışlarına məhdudiyyət qoyulması üçün aidiyyəti qurumlara müraciət olunub”. (Manset.az)

Tacxeber.com

Oxşar xəbərlər