• 15 Oktyabr 2024 22:26

Əlisa Nicat üçün bir gecədə 7 min manat yığıldı

Əlisa Nicat üçün bir gecədə 7 min manat yığıldı

Xəbər verdiyimiz kimi, tanınmış yazıçı-filosof, 100-dən çox kitabın müəllifi olan Əlisa Nicatın maddi durumunun yaxşı olmaması, evində hətta istilik sisteminin olmaması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmışdı.

Tacxeber.com xəbər verir ki, “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu feysbuk hesabında Əlisa Nicatla olan dialoqunu paylaşdıqdan sonra isə məsələ böyümüşdü.

Şahbaz Xudoğlu bildirib ki, təkcə bir gecədə yazıçı-filosof üçün artıq 7 min manat yığılıb. Həmçinin artıq evdə istilik sistemi ilə bağlı işlərin aparılır: “Əlisa Nicatla bağlı xırda yazı böyük dönüşə səbəb oldu. Gecə boyu onun kartına pul köçürüldü. Yardım edənlərin bəzi halda qəbzlərini də mənə atırdılar. 1, 10, 20, 50, 100, hətta 200 manat yardım edən də vardı. Səhər ustalar Əlisa bəyin evinə gedib istilik sistemi üçün büdcə çıxardılar. Bir gün sonra, yəni bu gün artıq istilik sistemi quraşdırılır. Oğlu Üzeyirlə yardımların məbləğini öyrənmək üçün atasının kartını bankomata saldı. Üzeyir gözlərinə inanmadı “vay dədə, bu nədi ədə” dedi. 6987 manat yazılmışdı. Bu, yalnız bir gecədə toplanan məbləğdir”, – deyə o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər