• 15 Oktyabr 2024 23:53

Tez-tez sidiyə gedənlərin problemi nədir? – SƏBƏBLƏR

Son zamanlar istər qadın, istərsə də kişilər arasında tez-tez sidiyə getmə, xüsusən gecələr 1-2 dəfə tualetə getmək kimi simptomlar çox eşidilir.

 

Bu vəziyyət insanın yuxu və həyat keyfiyyətini aşağı salır, onu daim narahat vəziyyətdə saxlayır.

Sidiyə normadan artıq sayda getməyin hansı xəstəliklərdən xəbər verdiyini araşdırılıb.

Normal halda insan sutkada 5-6 dəfə sidiyə gedir, bu daha çox səhər və gündüz saatlarında baş verməlidir.

Əgər sutkalıq sidik ifrazı 2 litri keçirsə, tibbdə buna poliuriya deyilir.

Poliuriya asanlıqla aradan qaldırılır, amma korreksiya ilə aradan qalxmırsa, deməli, ciddi xəstəlik səbəbi var.

Adətən gündəlik maye qəbulunu azaltmaqla sidik ifrazını qaydaya salmaq olar. Çünki çay, bitki çayları, arıqladıcı çaylar, qəhvə sidik ifrazını artırır.

Əgər bu halda da vəziyyət düzəlmirsə, o zaman aşağıdakı xəstəliklərdən şübhələnmək olar.

-Diabet – hətta preddiabet mərhələsində belə xəstə tez-tez az-az sidiyə gedir. (saglamol)

Tacxeber.com

Oxşar xəbərlər