• 21 Dekabr 2024 20:09

“Demişdim, dünya dağıla sənə “salam” verməyəcəyəm”

Müğənni Əlikram Bayramov qonaq olduğu “7 canlı” proqramında aktyor Fərda Xudaverdiyevin onu 1 Aprel – “Gülüş Günü”ndə onu aldatmasından danışıb.

İfaçı bildirib ki, aktyorun ona etdiyi zarafata görə 1 ilə yaxın müddətdə onunla danışmayıb:

“31-i mənə zəng vurdu. Səhər də 1 aprel. Yadımdan çıxıb. Dedi ki, İnşallah yaxşı bir konsertimiz var Hollandiyada. Demə mənimlə zarafat edirmiş. Aktyor adamdır. And olsun Allaha, musiqiçiləri, hamını yığdım. Nə qədər dedim ona söylədi ki, elektron bilet almışam sənə, saat 9-da orada ol. Böyük çamadanları da yığmışam, musiqiçilər bir tərəfdən, mən bir tərəfdən aeroportda gözləyirik, Fərda gəlmir. Dedim birdən Fərda gecikər, kassadan soruşum ki, təyyarə Hollandiyaya nə vaxt uçur? O kassa sənin, bu kassa mənim, bildirdilər ki, Türkiyə üzərindən getmək olar, amma buradan getmir. Fərda saat birə qədər telefonu açmadı. Evdən də siyahı götürmüşəm ki, kimə nə alacağam. Qayıdıb gəldim. Fərda telefonu açmadı. Haradasa 1 ilə yaxın onunla danışmadım. Axırda bizi aparıcı Zaur Baxşəliyev öz verilişndə barışdırdı.

O da aləm qarışmışdı. Demişdim, dünya dağıla sənə həyatımda “salam” verməyəcəyəm. Düzdür, aktyor adamsan, bilirəm zarafat etmisən, heç olmasa insafsız, telefonu səhər açardın, biabır olmazdım. Heç olmasa aeroporta çata-çatda deyərdin ki, zarafat edirəm, qayıt”.

Tacxeber.com

Oxşar xəbərlər