Qəhvədə güclü antioksidant təsir var, amma onu acqarına, boş mədəyə içmək təhlükəlidir. Çünki qanda şəkəri artırır.
Tacxeber.com xəbər verir ki, xüsusən südsüz tünd qəhvə səhər üçün uyğun içki deyil.
2020-ci ildə Bata universitetinin alimləri sübut ediblər ki, səhər oyanan kimi ac mədəyə qəhvə içənlərdə qanda qlükozanın səviyyəsi neqativ həddə artıb.
Hər gün belə vərdişi olanlarda hüceyrələrin insulinə həssaslığı itir, ona qarşı dirənc yaranır. Bu isə II tip diabet riskini yüksəldir.
Xüsusən axşam gec yatan, pis yatan, gecə işləyən, yuxusuzluğu olan gənclərə səhər qəhvə qətiyyən olmaz.