Zelenski gecə saatlarında “Telegram” hesabında paylaşdığı mesajında Ukraynada Rusiyaya qarşı müharibənin davam etdiyini xatırladıb.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, dekabrın 1-də Rusiya ilə etdikləri əsir mübadiləsi ilə 50 Ukrayna hərbçisinin evlərinə qayıtdığını qeyd edən Zelenski, indiyədək ümumilikdə 1300-dən çox ukraynalının rus əsirliyindən azad edildiyini bildirib.
Ukraynadakı dini xidmət qurumlarında Rusiya xüsusi xidmət orqanlarının nüfuzunu azaltmaq üçün təhlükəsizlik qüvvələri ilə görüş keçirdiklərini qeyd edən Zelenski sözlərinə belə davam edib:
“Milli təhlükəsizliyin qorunmasına cavabdeh olan bütün qurumlar Ukraynanın dini mühitində Rusiya xüsusi xidmət orqanlarının təxribat fəaliyyətini aşkar etməli və onlara qarşı görüləcək tədbirləri gücləndirməlidir. Və şəxsi sanksiyalara əl atmalıdır. Tezliklə adlar açıqlanacaq”.