• 22 Dekabr 2024 10:21

ABŞ Hərbi Dəniz Qüvvələri İranın silah daşıyan gəmisini saxlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri İranın silah daşıyan gəmisini saxlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində qeyri-qanuni olaraq 50 tondan çox döyüş sursatı, məsafədən idarə olunan partlayıcılar və raketlər üçün yanacaq daşıyan balıqçı gəmisini saxlayıblar.

Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, gəmi İrandan Yəmənə gedən dəniz yolunda, Oman körfəzində ələ keçib.

ABŞ səlahiyyətlilərinə görə, Tehranın Yəmənə hərbi yardımı Husi üsyançılarının “Ənsar Allah” şiə hərəkatı üçün nəzərdə tutulub ki, bu da BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsini və beynəlxalq hüququ pozur.

Tacxeber.com

Oxşar xəbərlər