• 22 Noyabr 2024 23:01

Anar Vəziroğlu ona “çaqqal” deyən Xalq artistinə cavab verdi: “Kişiliyi çatırsa…”

Bir neçə gün əvvəl “Təsir dairəsi” verilişində ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında gərgin anlar yaşanıb.

Anar Vəziroğlu “Bu qadında ləyaqət yoxdur” deyərək Şəfiqə Nağıyevanın üstünə su atıb. Sözügedən hadisədən sonra ekspert proqramdan uzaqlaşdırılıb.

Xalq artisti Əli Nur da həmin hadisəyə münasibət bildirərək Anar Vəziroğlunu təhqir edib: “Çaqallar yığılıb orada şou yaradırlar. Belə hallara yol vermək olmaz, ayıbdır. İllər əvvəl Anar Vəziroğlu ilə bir verilişdə çıxış edirdim. Bu adam deyir ki, Səməd Vurğun, Hüseyn Cavid, Əhməd Cavad şair deyil. Sən kimsən oturub milli mənəviyyatımızı belə tənqid edəsən?! Mikrofonu götürüb gəlib ona dedim ki, bunu vuraram başına, cırıq-cırıq olarsan”.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Anar Vəziroğlu Əli Nurun dediklərinin tamamilə yalan olduğunu bildirib:

“Əli Nura cavab belə vermək istəmirəm. Deyir ki, guya mən demişəm ki, Səməd Vurğun, Hüseyn Cavid, Əhməd Cavad şair deyil. Belə bir şey olmayıb. Mən 17 il kollecdə dərs demişəm, adını çəkdiyi insanların əsərlərini əzbər bilirəm, Əli Nurdan soruşsan bəlkə də heç əsərlərin adını bilmir. Əgər kişiliyi varsa, həmin verilişi tapıb çıxarsın ortaya, ondan sonra nə desə edərəm. Onun şəhid oğluna mənim hörmətim sonduzdur. Amma dedikləri doğru deyil”.

Vəziroğlu efirdə yaşanan xoşagəlməz hadisənin şou yaratmaq üçün olmadığını deyib:

“Deyir ki, şou yaratmaq üçün edirlər. Xeyr, məsələ belə olmayıb, Şəfiqə Nağıyeva mənim övladlarımı söydü, üstümə su atdı, sonra mən çölə çıxdım, qayıdanda artıq canlı efir başlayırdı, amma gördüm ki, bu xanım susmaq bilmir, mən də cavabını bu cür verdim. İllərdir müxtəlif verilişlərdə ekspert kimi çıxış edirəm, mənə şou lazım deyil, buna ehtiyacım yoxdur. Dəfələrlə Əli Nurun da qonaq olduğu verilişə dəvət almışam, amma o orada olduğu üçün getməmişəm. Çünki bilirəm ki, bu adam ancaq qışqır-bağır salmaqla məşğuldur”.

Tacxeber.com

Oxşar xəbərlər