• 15 Oktyabr 2024 22:46

“Artsax” Azərbaycanın bir hissəsi ola bilməz” – Babayan yenə SƏRSƏMLƏDİ

 

“Rusiya və Qərbin Qarabağ münaqişəsinin bağlı nizamlanması ilə bağlı təklifləri birləşdirilə bilər”.

 

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə qondarma rejiminin separatçılarından biri David Babayan deyib:

“Düşünürəm ki, Qərbin və Rusiyanın təkliflərini birləşdirə bilərik. Axı problemin fəlsəfi və humanitar tərəfi də var. “Artsax”ı Azərbaycana təhvil vermək cəhdi “soyqırıma” gətirib çıxaracaq. Və buna töhfə verən hər kəs məsuliyyət daşıyacaq”, – Babayan bildirib.

HAŞİYƏ: Babayanın bu fikirləri təbii ki, populizmdən və özünü diqqətdə saxlamaq cəhdindən başqa bir şey deyil. Çünki “Artsax” adı yalnız separatçıların dilində mövcuddur. Tarixi ərazimiz olan Qarabağ isə artıq öz əzəli sahibinə, yəni Azərbaycana qovuşub.

“Bakı və Ankaranın, eləcə də bir sıra geosiyasi güc mərkəzlərinin mövqeləri “Artsax”ın Azərbaycana tam təhvil verilməsini və bu faktın  Ermənistan tərəfindən faktiki olaraq tanınmasını zəruri edir. Bu, qəbuledilməzdir. Başqa sözlə, “Artsax” Azərbaycanın bir hissəsi ola bilməz”, – deyə separatçı vurğulayıb.

HAŞİYƏ: Görünür Babayan 44 günlük müharibədə Azərbaycan ordusunun bombalarından gizlənmək üçün yer axtardığı vaxtları unudub. Yaxud da Ermənistanın müharibədə darmadağın edildiyini və Azərbaycanın öz əzəli torpaqlarını azad etdiyini yaddan çıxarıb. Əks halda ağlı başında olan bir şəxs bu cür sərsəm fikirlər səsləndirə bilməz. Artıq “Qarabağ Azərbaycandır!” və bu reallığı heç bir qüvvə dəyişə bilməz. Əgər dəyişməyə cəhd göstərsə, o zaman Azərbaycan ordusu İrəvanın mərkəzində mövqe tutacaq. Bunu isə Ermənistanda yaxşı dərk edirlər.

Qondarma rejim separatçısının fikrincə, indiki vəziyyətdə yalnız bir alternativ var: “Bütün erməni xalqı mövcud çağırışların öhdəsindən gəlmək üçün öz prinsipial mövqelərində möhkəm dayanmalıdır. Azərbaycanın xoş niyyətinə ümid etmək üçün heç bir əsas yoxdur. Dünya hərbi-siyasi və geosiyasi tarazlıqdır. Bu arada biz Rusiyanın “Artsax”dakı mövcudluğunun qeyri-müəyyən vaxtədək uzadılmasında çox maraqlıyıq. Yəni rusiyalı sülhməramlılar nə qədər çox qalsalar, regionda bir o qədər sülh olar”, – deyə David Babayan fikirlərini tamamlayıb.

HAŞİYƏ: Babayanın sülhməramlılarla bağlı dedikləri əslində onun qorxduğunu sübuta yetirir. Çünki Babayan və digər separatçılar Rusiya sülhməramlılarının varlığı sayəsində özlərini “qəhrəman” kimi göstərməyə çalışırlar. Əslində isə onlar sülhməramlılarsız separatçı rejimin tamamilə məhvə məhkum olduğunu yaxşı dərk edirlər. Ona görə də, bu cür fikirlər səsləndirməyə sadəcə məcburdurlar.

Tacxeber.com

Oxşar xəbərlər