Faydalarından bir çox mənbələrdə bəhs edilən, Seylan adı ilə də tanınan yumşaq, yüngül və şirin darçının saxtası olan və adətən bazarlarda satılan “Çin darçın”ı insan sağlamlığı üçün böyük təhlükə yaradır. Bəs biz əsl darçını saxtadan necə ayırd edə bilərik?
Tacxeber.com “sabah.com.tr”yə istinadən xəbər verir ki, faydalarını saymaqla bitməyən darçının saxtası bazar rəflərində geniş yer taparaq, demək olar ki, bütün evlərə asanlıqla daxil olur.
Əlinizdə olan darçının həqiqi olub olmadığını öyrənməyin bir neçə yolu var. Əgər darçın bütün bu testlərdən keçərsə, deməli təhlükəsizdir və rahat şəkildə istifadə edilə bilər.
Yalançı darçınla müqayisədə əsl darçın daha açıq rəngdə, dadına görə bir qədər şirindir və daha ətirlidir. Bundan əlavə, bütün növ darçınların tərkibində efir yağının 65-80 faizini təşkil edən aktiv maddə olan sinnamaldehid var. Həm həqiqi, həm də saxta darçın bu aktiv tərkib hissəsini paylaşdığından, oxşar faydaları ola bilər. Bununla belə, bu günə qədər aparılan araşdırmalar yalnız əsl darçının faydaları üzərində cəmlənib.
Həqiqi darçın saxtadan fərqli olaraq asanlıqla qırılır və görüntü olaraq hamar olmur.
Bu iki növ darçın ilk baxışdan çox oxşar görünsə də, əslində çox fərqli iy verir. Qoxlamaq üçün iki növ darçını yan-yana qoymasanız, fərqi bilməyəcəksiniz. Bununla belə, əsl darçının qoxusu bir qədər ədviyyatlı-şirin və bir qədər sitrusa bənzəyir, təzə bişmiş alma piroqunu xatırladır. Saxta darçının qoxusu çox güclüdür. Əsl darçının iyini hiss etdikdən sonra onun iyini saxta darçından dərhal ayıra bilərsiniz.
Nyu York Universitetinin Langone Tibb Mərkəzinə görə, darçın əlavələri üçün tipik doza gündə 1-4 qramdır. Araşdırmalara görə, gündə 6 qrama qədər olan dozalarda heç bir yan təsir görülməyib. Daha çox miqdarda darçın tozu və yağı nəfəs alma və ürək döyüntüsünüzü artıra bilər.