“Deməli, onlar satqın olub, səfehlər, savadsızlar…” — Çingiz Abdullayev
“Bəzi səfeh yazarlarla ünsiyyətdə olmaqdan təngə gəlmişəm”.
Tacxeber.com xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi Çingiz Abdullayev deyib.
Yazıçı onu əsərlərini rus dilində yazdığına görə qınayanlara bəzi məşhur həmkarlarını misal göstərib:
“Deməli, Nizami, Xaqani, Məhsəti Gəncəvi, İsmayıl bəy Qutqaşınlı, Rabindranat Taqor, Cozef Konrad, İosif Brodski, Vladimir Nabokov, Ejen İonesko, Semuel Bekket, Ceyms Coys, Çingiz Aytmatov, Oljas Süleymenov, Fazil İskəndər, İbrahimbəyov qardaşları, İmran Qasımov, Natiq Rəsulzadə və yüzlərlə başqa yazıçılar da satqın və uğursuz olublar.
Bu ədəbsiz statusa görə dünyasını dəyişən və yaşayan görkəmli yazıçılar məni bağışlasınlar. Bəzi savadsız insanların əlindən bezmişəm. Ancaq Azərbaycan dilində yazan Telman Çalyan (Qarabağlı) və ya Samvel Saturyan əsl Azərbaycan yazıçılarıdır? Çox təəssüf…”