Alimlər cinsi münasibəti əvəz edə biləcək alternativləri araşdırıb.
Əgər bir gün qadınsız və ya kişisiz planetdə qalsanız, eksperiment apara bilərsiniz.
Alimlərin apardığı eksperimentdə alimlər seksdən sonra alternativləri sadalayıb.
1. Dadlı yemək – Özünü sevən, hörmət edən heç bir kişi dadlı yeməksiz yaşaya bilməz. Əgər gündə ancaq və ancaq öz ürəyin istəyən yeməyi 2 pors yesən, sənə başqa həzz lazım olmayacaq. Ondan sonra qadına baxmaq da istəmirsən, dolu mədən isə yatmağa can atacaq.
2. Televizor, kino – Əgər siz gecə-gündüz xəbərlər, analitik verilişlər, ciddi proqram və faciəvi filmlərə baxsanız, öd və stress hormonu daha çox ifraz olunacaq, nəinki testosteron. Analitiklərin yorucu danışığı sizi yuxuya aparacaq, yadınıza qadın belə düşməyəcək. Həm də beyniniz yorulacaq.
3. İnternet – Tik-Tok və Yutubda erotik kadrlar yox, siyasi, iqtisadi, abstrakt görüntülərə baxsanız, nələrsə oxusanız, hətta musiqi və rəqsləri izləmək insanın bütün enerjisini alır. Və siz yatana kimi gördüklərinizi analiz edə-edə düşünürsüz.
4. Kitab oxumaq – Konservativlər üçün ən ideal məşğuliyyət olsa da, əgər kişi klassik bir kitabı oxumağa başlasa, həmin gün seks yadına düşməyəcək. Bunun bir faydası da var ki, yeni ideyalar gələcək, beyin aktivləşəcək.
5. Gərgin iş – Gecəyə kimi çəkən, iclasları, müzakirələri bol olan, planı çox olan işlər, karyera seksi ikinci plana keçirir
6. Ovçuluq – Ova getmək, balıq ovu, xüsusən kişilərlə birgə 1-2 sutka vaxt keçirmək, qadının tamam yaddan çıxarır. Orqanizm, beyin də təmiz havada dincəlir.
7. İdman, məşq – İdman zamanı endorfin hasili çox yaxşı seksual kontakt zamanı hasil olandan dəfələrlə çox olur. Hətta adi velosiped sürmək belə kişiyə əla təsir edir. (Bakupost)