• 22 Dekabr 2024 09:56

Keçmiş sinif yoldaşını 35 il əvvəl edilən zarafata görə öldürübmüş – TƏFƏRRÜAT

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Vüsal Salayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Tacxeber.com-ın pravda.az-a istinadən məlumatına görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə 30 may 2021-ci il tarixdə “Mega Siti” Ticarət Mərkəzinə məxsus Xırdalan şəhərinin Qalubiyyə küçəsində yerləşən “Təzə bazar”da (“Xırdalan bazarı”) qeydə alınıb.

Cinayət materiallarında qeyd edilib ki, Vüsal Salayev “Xırdalan bazarı”nda məhsullarının daşınması və satışı ilə məşğul olarkən 2021-ci ilin əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, 158 nömrəli orta məktəbdə onunla təhsil almış, qeyd edilən bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan zərərçəkmiş Sərdan Həsənovu görüb. Sərdar hələ məktəb illərində onun haqqında “cinsi azlıq”lara mənsub olması barədə şəxsiyyətini aşağılayan şayiələr yayıb, son bir neçə ayda bazara gəlib-gedərkən zərərçəkmiş yenidən onun barəsində eyni şayiələri yayıb.

Daha sonra Vüsal keçmiş sinif yoldaşını öldürmək qərarına gəlib.

Belə ki, o, hadisə günü “Təzə bazarı”n ətrafına gələrək onun iş sahəsindən kənarlaşmasını gözləyib. Saat 21 radələrində Sərdar təbii ehtiyaclarını ödəmək üçün bazarın ərazisində yerləşən tualetə daxil olub. Bu zaman Vüsal onun üzərinə hücum edərək “Kalaşnikov” avtomatına məxsus süngü bıçaqla zərərçəkmişin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib. Nəticədə Sərdan Həsənov almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Vüsal ifadəsində bildirib ki, Sərdar məktəb dövründə onun barəsində dediklərini 35 il keçməsinə baxmayaraq, hələ də söyləməyə davam edib və buna görə də onu öldürüb.

Tacxeber.com

Oxşar xəbərlər