46 yaşlı Xalq artisti Tünzalə Ağayeva geyimi ilə yenidən gündəm yaradıb.
Tacxeber.com xəbər verir ki, Azərbaycan musiqi səhnəsinin ən dəbli müğənnilərindən olan sənətçi çıxış üçün qara smokinq seçib. Lakin ulduzun pencəyi və klassik şalvarı ənənəvi kostyumdan dekolte və kəsimləriylə fərqlənib.
Şalvarın hər iki kənarındakı kəsim şəffaf tüllə örtülüb. Bu detal ulduzun obrazına əlavə seksuallıq qatıb. Həm də alt paltarı geyinməyən ulduz nümayiş etdirib ki, geyimdə heç bir sərhəd tanımır.