Fransa prezidenti Emmanuel Makron həmvətənlərini böhran şəraitində ölkədə mümkün elektrik kəsintiləri ilə bağlı panikaya düşməməyə çağırıb.
Tacxeber.com-ın məlumatına görə, Fransa lideri bu barədə “Parisien” qəzetinə müsahibəsində bildirib.
O, əmin edib ki, ölkə hökuməti istənilən vəziyyətdən çıxış yolu üçün ssenarilər hazırlayır: “Mən bununla bağlı çox narahatlıq görürəm, amma panikaya düşməyin!”.
O, fransızları enerji ehtiyatı planına sadiq qalmağa çağırıb: “Qışdan sağ çıxacağıq”.