• 23 Noyabr 2024 07:54

“Meliorasiya və Su Təsərrüfatı” ASC 4,5 milyonluq ekskavator alır

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində olan Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “İntermak Group” MMC olub.

Yeniavaz.com xəbər verir ki, dövlət idarəsi “İntermak Group” MMC-yə istehsalat nəqliyyat vasitələrinin (ekskavatorların) satınalınmasına görə 4 milyon 535 min 600 manat ödəyəcək.

Qeyd edək ki, 10 manat nizamnamə kapitalı olan “İntermak Group” MMC-nin qanuni təmsilçisi Veyisli Xəqani Zərgər oğludur.

Məlumat üçün əlavə edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmi veb-saytında Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi Əliyev İlqar Əhəd oğlu olduğu qeyd olunub.

Tacxeber.com

Oxşar xəbərlər