• 23 Noyabr 2024 00:24

“Ukrayna savaşının baş “quzğunu” – “Wall Street Journal”

 

“O, Putini Qərbin zəiflədiyinə və Rusiyanın gücünü göstərməyin zamanı gəldiyinə inandırıb…”

“Onun sahibi olduğu qəzetlər və sosial şəbəkələr Kremlin arsenalında böyük əhəmiyyət kəsb edir…”

“O, zənginlik atributlarından daha çox vətənpərvərlik ideologiyasını rəhbər tutur…”

Ukraynada müharibəyə başlamaq ideyası Rusiya prezidenti Vladimir Putinin ən güclü tərəfdarlarından birinə, 71 yaşlı milyardçı Yuri Kovalçuka məxsusdur.

Bu barədə “Wall Street Journal” nəşri yazır.

Rusiya liderinin bu yaxın dostu və “şəxsi bankiri” Putinin Rusiya imperiyasını bərpa etmək arzusunu bölüşür.

O, müharibədən öncə Putinlə tez-tez görüşüb, telefonla danışıb və ya videoformatda ünsiyyətdə olub.

Pandemiya zamanı karantində oturub Putinlə tez-tez görüşüb, Qərblə getdikcə artan münaqişəni və Rusiyanın tarixini müzakirə etməyə hazır olub.

Bu barədə bəyan edərkən, nəşr Kovalçukun ailə dostu, Rusiya kəşfiyyatının hansısa sabiq əməkdaşına istinad edib.

Hal-hazırda, Ukraynada müharibə getdikcə uğursuzluğa düçar olduqca, Kovalçukun sahibi olduğu qəzetlər və sosial şəbəkələr Kremlin arsenalında daha çox əhəmiyyət kəsb edir.

Onlar öz auditoriyasını təbliğatla doldurur, yad fikirliləri dəf edir, həyəcanlı publikanı sakitləşdirir, məqalədə deyilir.

Bu yaxınlarda “V kontakte” (“Təmasda”) sosial şəbəkəsini alan Kovalçuk fəal surətdə Putinə internetə nəzarəti gücləndirməyə kömək edir, bu da 2024-ci ildə keçiriləcək prezident seçkilərində Kreml üçün çox vacibdir.

Sosial şəbəkələr Kreml əleyhinə əhval-ruhiyyəni izləyir və istifadəçilər haqqında məlumatları hakimiyyətlə bölüşür.

Kovalşukun tanışlarının sözlərinə görə, o, zənginlik atributlarından daha çox vətənpərvərlik ideologiyasını rəhbər tutur.

Rusiya hökumətində heç bir rəsmi vəzifə tutmayan Kovalçukun Kremlin siyasətinə böyük təsiri var.

Bu zaman o, Rusiya prezidentinin ailəsi və dostları üçün gəlirli işi təmin edir.

Məhz Kovalçuk Putinin beyninə belə bir fikir yeridib ki, Qərb zəifləyib və “Rusiyanın gücü”nü göstərmək zamanıdır.

Noyabrın əvvəlində Britaniyanın “The Times” qəzeti yazıb ki, Putinin Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxilə etmək qərarına onun yaxın ətrafından üç nəfər-Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və milyardçı Yuri Kovalçuk təsir göstərə bilərdi. (moderator.az)

Tacxeber.com

Oxşar xəbərlər